DÜNYA

Avropanın ən bahalı yolkası – 2,3 MİLYON AVRO
04 DEKABR
84

Avropanın ən bahalı yolkası – 2,3 MİLYON AVRO

2018-12-04 10:03:00

Avropanın ən bahalı yolka ağacı Münhendə qurulub. Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bu bahalı yolkanı Almaniyanın qiymətli daşların satışı ilə məşğul olan "Pro Aurum" şirkəti hazırlayıb.

Məlumata görə, bu yolkanın dəyəri 2,3 milyon avro qiymətləndirilib.

Bildirilir ki, yolka ağacı piramida şəklində 2018 ədəd qızıl pulla bəzədilib və bunların ümumi çəkisi 63 kiloqram təşkil edir.

Qeyd edək ki, Avropanın bu bahalı yolkası "Pro Aurum" şirkətinin ofisində dekabrın 15-ə qədər qalacaq.

Eləcə də bax: OPEC-dən neft hasilatı ilə bağlı yeni qərar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256