DÜNYA

İran rəsmisindən OPEC üzlüyü ilə bağlı vacib açıqlama
04 DEKABR
104

İran rəsmisindən OPEC üzlüyü ilə bağlı vacib açıqlama

2018-12-04 01:39:00

Fins.az "Bloomberg"ə istinadən məlumat verir ki, İran Neft İxrac edən ölkələr Təşkilatı-OPEC üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür. İranın OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bu barədə açıqlama verib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib. “Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik” – deyə iranlı diplomat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256