DÜNYA

Qətər neft üçün optimal qiyməti açıqlayıb
03 DEKABR
80

Qətər neft üçün optimal qiyməti açıqlayıb

2018-12-03 15:26:00

Neftin bir barelinin qiymətinin 70-80 dollar olması istehsalçılar və istehlakçılar üçün məqbuldur.

Fins.az xəbər verir ki, bu barədə Qətərin enerji işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, neftin barelinin 70-80 dollara olması həm istehsalçılar, həm də istehlakçılar üçün ədalətli qiymətdir. Qiymətin 70 dollardan az olması dövlətlər və istehsalçıların enerji sektoruna sərmayə ayırmasına mane olur", - nazir deyib.

Bundan əvvəl, o, 57 ildir OPEC üzvü olan Qətərin 2019-cu il yanvarın 1-dən təşkilatı tərk edəcəyini açıqlamışdı.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256