DÜNYA

Rusiyada ən yüksək əmək haqqı olan regionlar müəyyənləşib
03 DEKABR
123

Rusiyada ən yüksək əmək haqqı olan regionlar müəyyənləşib

2018-12-03 11:15:00

Rusiyada ən yüksək əmək haqqını Yamalo-Nenets Muxtar Dairəsi (YNMD), Çukotka və Nenets MD-nin sakinləri alırlar.

YNMD-də işçilərin 27%-dən çoxu ayda 100 min rubldan çox (2570 manatdan çox) qazanır. Bundan əlavə, dairədə tipik əmək haqqı diapazonu ayda 45 min rubldan (təxminən, 1156 manat) 107 min rubla (2749 manat) qədər təşkil edir. Bu da Rusiya subyektləri arasında ən yaxşı göstəricidir.

Agentliyin məlumatına görə, siyahıda sonrakı yerləri Maqadan vilayəti və Moskva tutur.

Eyni zamanda, federasiyada ən aşağı əmək haqqı Dağıstan və Qaraçay-Çərkəz respublikalarında, habelə Mərkəzi Federal Dairənin bir sıra subyektlərindədir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255