Fins.az-ın “bloomberg”ə istinadən verdiyi məlumata görə, Rusiyanın Birbaşa İnvestisiya Fondunun sədri Kiril Dmitriyev Rusiya-Səudiyyə Ərəbistanı ortaq fondu vasitəsi ilə 2019-cu ildə Rusiyaya 2 milyard dollarlıq əlavə investisiya qoyulmasının planlaşdırldığını bildirib. Belə ki, Kiril Dmitriyev, Argentinadakı G20 sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqmada Səudiyyə Ərəbistanının Rusiyaya yönəlmiş sərmayesinin artırılacağını ifadə edib. Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanı vəliəhd Şahzadəsi Məhəmməd bin Səlmanın G-20 sammiti çərçivəsində baş tutan görüşü zamanı müəyyən müzakirələrin apardığını qeyd edən fond sədri deyib “Bu görüşdə Səudiyyə Ərəbistanın Rusiyadakı sərmayələrinin əhəmiyyətli miqdarda olduğu təstiq edildi” Fikirlərinin davamında gələn il ilə bağlı Rus iqtisadiyyatına əlavə sərmayələrin qoyulacağını bildirən Dmitriyev deyib “Rusiya Səudiyyə Ərəbistanı ortaq fondu vasitəsi ilə Rusiyadakı infrastruktur lahiyəsinə 2019-cu ildə 2 milyard dollarlıq əlavə investisiya qoyulması planlaşdırırıq”
Müəllif:Aynur Qəniyeva
Eləcə də bax :Çin prezidenti ilə görüşdən sonra Trampdan maraqlı açıqlama