DÜNYA

Son illərin ən gərgin "G 20" sammitinin vaxtı məlum olub
30 NOYABR
96

Son illərin ən gərgin "G 20" sammitinin vaxtı məlum olub

2018-11-30 12:21:00

Fin.az-ın "bloomberg"ə istinadən verdiyi məlumata görə bu gün Argentinanın paytaxtı Buenos-Ayresdə "Böyük iyirmilik" (G-20) ölkələrinin liderlərinin sammiti işə başlayacaq. Bununla bağlı yayımlanan məlumatlarda qeyd olunur ki, zirvə görüşü dekabrın 1-də başa çatacaq. Bildirilir ki, ötən ilin dekabr ayında G-20-də sədrliyi qəbul edən Argentina Prezidenti Maurisio Makri prioritet məsələlər kimi gələcəkdə iş yerləri və məşğulluq, inkişaf üçün infrastruktur və qida sektorunda davamlı gələcək mövzularını fərqləndirib. Sammitdə G-20 liderləri bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Ən çox diqqət çəkən görüşlərdən biri ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında olacaq. Sammit günlərində asayişi, təqribən, 22 min argentinalı hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq. Sammitin keçiriləcəyi "Costa Salguero" sərgi mərkəzinin ətrafındakı və nümayəndə heyətlərinin üzvlərinin qalacağı hotellərin olduğu ərazilər iki gün ərzində həm avtomobil, həm də piyadalar üçün bağll olacaq.

Müəllif:Aynur Qəniyeva

eləcə də bax: ABŞ və Çin arasında kritik ticarət danışıqlarının vaxtı açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256