DÜNYA

ABŞ Çin ilə ticarət sazişi imzalamağa hazırdır
30 NOYABR
78

ABŞ Çin ilə ticarət sazişi imzalamağa hazırdır

2018-11-30 09:08:00

 ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika və Çin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.

Fins.az xəbər verir ki, Tramp bunu cümə axşamı Argentinada keçiriləcək G20 sammitində iştirak üçün yola çıxmazdan əvvəl Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarına cavabında deyib.

"Düşünürəm ki, biz Çin ilə birlikdə nəsə etməyə çox yaxınıq, lakin mən bunu etmək istədiyimə əmin deyiləm. Hazırda tarif və vergilərdən milyardlarla dollar gəlir gəlir, odur ki, mən bilmirəm", - deyə Tramp söyləyib.

"Fikrimcə, Çin saziş bağlamaq istəyir, mən sövdələşmənin əldə olunmasına açığam, lakin düzünü desəm, hazırda əlimizdə olan sazişdən razıyam", - deyə ABŞ prezidenti əlavə edib.

Bundan əvvəl Çinin ABŞ-la ticarət müharibəsində itkilər verdiyi məlum olub.

 Eləcə də bax: ABŞ ilə Səudiyyə Ərəbistanı arasında daha bir rekord məbləğli saziş

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256