DÜNYA

Almaniyanın nəhəng bankında polisin irimiqyaslı əməliyyatı
29 NOYABR
134

Almaniyanın nəhəng bankında polisin irimiqyaslı əməliyyatı

2018-11-29 15:45:00

Fins.az-ın məlumatına Almaniya polisi Deutsche Bankda  çirkli pulların yuyulması ittihamı ilə əməliyyat həyata keçirib.Frankfurt baş polis idarəsindən verilən açıqlamada bildirilir ki,  çirkli pulların yuyulması ittihamı ilə bağlı bankın Frankfurtda yerləşən mərkəzi ofisində axtarış aparılıb.Alman mediasının məlumatına görə vergi müfəttişlərinin də daxil olduğu 170 nəfərlik əməliyyat qrupu səhər saat 06:00 -dan etibarən bankda axtarış həyata keçirir.Araşdırmanın bankın Danimarkada yerləşən şöbəsi Danske bankın 150 milyard dollar məbləğində çirkli pulların yuyulması iddiasından sonra həyata keçiliməsi diqqət cəlb edib.

Qeyd edək ki,xəbər yayımlandıqdan sonra bankın səhmləri 4% ucuzlaşıb.

 Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: FED sədri J.Powell-in dolların faiz artımı ilə bağlı gözlənilən çıxışı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255