DÜNYA

ABŞ ilə Səudiyyə Ərəbistanı arasında daha bir rekord məbləğli saziş
29 NOYABR
293

ABŞ ilə Səudiyyə Ərəbistanı arasında daha bir rekord məbləğli saziş

2018-11-29 12:19:00

Fins.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat üçün yayımladığı məlumatda Səudiyyə Ərəbistanı “Lockheed Martin” şirkətinin istehsalı olan “THAAD” raketdən müdafiə sistemlərinin alınması barədə ABŞ-la 15 milyard dollar dəyərində hərbi saziş imzaladığı bildirilib. “26 noyabrda Səudiyyə Ərəbistanı və ABŞ-ın vəzifəli şəxsləri “təklif və təklifin qəbul edilməsi haqqında məktublar”ı imzalayıblar. Ölkəmizin, o cümlədən də İsrailin və regiondakı digər tərəfdaşlarımızın maraqlarının təmini məqsədilə ABŞ Səudiyyə Ərəbistanının etibarlı tərəfdaşı olaraq qalmaqda niyyətlidir”, – məlumatda vurğulanıb. Həmçinin, qeyd olunub ki, 2017-ci ilin dekabrında Dövlət Departamenti Ər-Riyada 44 “THAAD” kompleksi, 360 ədəd hədəftutucu raketlər, 16 idarəetmə qurğusu və 7 ədəd radar sisteminin satılması barədə ümumilikdə 15 milyard dollarlıq sazişin imzalanmasına dair ABŞ Konqressini məlumatlandırmışdı. Qeyd edək ki, hazırkı saziş Səudiyyə ilə ABŞ arasındakı 450 milyard dollarlıq hərbi anlaşmanın tərkib hissəsidir.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: http://fins.az/ikt/963628/google-un-virtual-realliqda-hereket-uchun-xususi-ayaqqabilari.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256