DÜNYA

FED sədri J.Powell-in dolların faiz artımı ilə bağlı gözlənilən çıxışı
29 NOYABR
252

FED sədri J.Powell-in dolların faiz artımı ilə bağlı gözlənilən çıxışı

2018-11-29 11:30:00

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankının  FED-in sədri Cerome Pauell , "Economic Club of New York"da etdiyi çıxışında, "Faiz nisbəti neytral səviyyədən bir az aşağıdır" deyib. Beləliklə FED, faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verib.Pauell deyib ki,  "Mərhələli faiz artımlarının təsiri qeyri-müəyyəndir, təsirini görmək bir il və ya daha uzun bir müddət tələb edə bilər.Faizin mərhələli artırılması riskləri tarazlaşdırmaq mənasını daşıyır" . Daha sonra  FED rəsmisi, pul siyasəti üçün əvvəlcədən təyin olunan bir strategiya olmadığını vurğulayıb. Özünün və Federal Açıq Bazar Komitəsinin , ABŞ iqtisadiyyatına dair proqnozlarının daim güclü iqtisadi artım olduğunu deyən Cerome Pauell, maliyyə zəifliklərinin isə "mülayim" bir səviyyədə olduğunu qeyd edərək, "Maliyyə sabitliyi, pul siyasəti üçün artıq daha çox əvəzolunmaz haldadır" deyib. ABŞ iqtisadiyyatının gedişindən çox məmnun olduğunu bildirən Pauell, bəzi şirkət borclarının riskli səviyyəyə çatdığını, ancaq maliyyə sistemi və bazarların 2008 böhranından əvvəlki dövrə nisbətən daha güclü olduqlarını deyib. Cerome Pauell, "Pul siyasəti qərarlarımız daim iqtisadiyyatı yolu ilə aparmaq üçün və pul siyasəti, məşğulluq və inflyasiya üçün dəyişən görünüşə bağlı olaraq iqtisadiyyatı təqib edəcək şəkildə dizayn ediləcəkdir" - deyib.FED 3 il əvvəl sağlam ABŞ iqtisadiyyatına əsaslanaraq faiz artırmağa başlayıb. Faizin, ölkə iqtisadiyyatını tarazlıqda saxlayacaq səviyyələrə yaxınlaşdırdığını qeyd edən Cerom  Pauell, "Faiz dərəcələri, tarixi standartlara görə hələ də aşağıdır və iqtisadiyyat üçün neytral olacağı ehtimal edilən səviyyələrdən bir az aşağıdır",- deyib.FED sədrinin çıxışından sonra, yekunda, Dow Jones İndeksi 2,5 faiz artımla 25366,43 bəndə qalxaraq son səkkiz ayın ən böyük gündəlik qazancını qeyd edib. S&P 500 İndeksi 2,30 faiz qazancla 2743,78 bəndə və Nasdaq Texnologiya İndeksi 2,95 faiz artımla 7291,59 bəndə qalxıb.İndekslərin yüsəlməsinə, FED sədri Cerome Pauellin mövcud faiz nisbətlərinin (2%-2.25%) neytral səviyyələrdən bir az aşağı olduğunu bildirərək, bankın faiz artırmağa gələn il fasilə verə biləcəyinin siqnalını verməsi təsir göstərib.Digər tərəfdən, ABŞ-da dünən açıqlanan məlumatlara görə, ölkənin Ümumi Daxili Məhsulu üçüncü rübdə 3,5% artıb.

Müəllif:Aynur Qəniyeva

 Eləcə də bax: http://fins.az/dunya/963616/avropa-birliyi-olkelerinde-vergilerin-seviyyesi-keskin-sekilde-artib.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255