DÜNYA

Bu şirkət "dünyanın ən bahalı şirkəti" titulunu Apple-dan aldı
29 NOYABR
140

Bu şirkət "dünyanın ən bahalı şirkəti" titulunu Apple-dan aldı

2018-11-29 10:15:00

Fins.az-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın texologiya nəhəngi Micrasoft əzəli rəqibi Apple-ın birja qiymətlərini 8 il sonra üstələyərək,yenidən dünyanın ən bahalı şirkəti olub. Microsoftun  səhmlərinin Nyu York birjasında çərşənbə günü qiymətləri  3%-dən artaraq 1 səhminin dəyəri 110,99 dollara qədər yüksəlib.Şirkətin birja qiyməti artımla birgə 850 milyard dollara çatıb.Beləcə Microsoft əzəli rəqibi APPLE-ın 845 milyard dollarlıq birja qiymətini 8 il sonra yenidən üstələyərək, dünyanın ən bahalı şirkəti titulunu geri qaytarıb.

Apple-ın dünyanın ən bahalı şirkəti titulunu itirməsində,səhmlərində son dönəmdə Iphone-lara tələbin azalmasının ticarət müharibəsinə mənfi təsir edəcəyi narahatlığı ilə müşaət olunan azalma diqqət cəlb edən həddə qədər çoxaldı. Şirkətin səhmləri son 3 ayda 20% qiymət itirərək hər bir səhm 171 dollar ucuzlaşıb.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: http://fins.az/dunya/963566/abs-bu-sahede-proqnozlari-dogruldub.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256