DÜNYA

16 bankdan 1 milyard dollar təzminat istənilir
28 NOYABR
191

16 bankdan 1 milyard dollar təzminat istənilir

2018-11-28 17:21:00

Fins.az-ın  "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Qlobal fond rəhbərləri, Almaniyanın ən böyük bankı Deutsche Bank -ın da aralarında olduğu dünyanın ən böyük 16 bankından devalvasiya ilə bağlı manipulyasiya  etdiyi idddiası ilə 1 milyard dollarlıq təzminat istəyib. Alman mətbuatında qeyd olunan məlumatlara görə  16 beynəlxalq banka qarşı Nyu York şəhərindəki Manhetten bölgə məhkəməsində noyabırın 7-də təzminatla bağlı başlanılmış məhkəmədə tələb edilən təzminatın miqdarı 1 milyard dollardan çoxdur. BlackRock ve Allianz kimi böyük  fond rəhbərlərinin şikayəti ilə açılan cinayət işində məhkəməyə verilən banklar sırasında Bank of America, Barclays, BNP Paribas, Citigroup, Credit Suisse, Deutsche Bank, Goldman Sachs, HSBC, JPMorgan Chase, Morgan Stanley, Japan’s MUFG Bank, Royal Bank of Canada, Royal Bank of Scotland, Societe Generale, Standard Chartered  və UBS kimi irihəcmli beynəlxalq əhəmiyyətli bankarlar var. İttihamla çıxış edən səmayəçilər adı çəkilən  bankların 2003-2013-cü illər arasında devolvasiya əməliyyatları ilə bağlı alqı-satqı əmrlərini və mövqelərini öz aralarında gizli şəkildə paylaşdıqları qurumlar vasitəsi ilə manipulyasiya etdikləri və ABŞ-ın manapoliya əleyhinə qanunlarını pozmaqda günahlandırır.

Müəllif:Aynur Qəniyeva 

Eləcə də bax:    http://fins.az/dunya/963544/vputin-bizim-dollardan-uzaqlasmaq-niyyetimiz-yoxdur-dollar-ozu-bizden-uzaqlasir.html

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256