DÜNYA

Trampın Çinə tətbiq etdiyi vergilər mobil telefon və kompüterlərin qiymətini artıracaq
27 NOYABR
94

Trampın Çinə tətbiq etdiyi vergilər mobil telefon və kompüterlərin qiymətini artıracaq

2018-11-27 15:16:00

Fins.az-ın Wall Street Journal qəzetinə istinadən verdiyi məlumata görə,  ABŞ prezidenti Donald Tramp 200 milyard dollar dəyərində Çin məhsulunun gömrük vergilərini 10%-dən 25%-ə kimi yüksəltməyi düşündüyünü bildirib və digər bütün Çin idxalın da vergi qoymaqla bağlı təhtidini təkrar edib.Bu məhsullar arasında başda İphone modelləri olmaqla ABŞ şirkəti  APPLE-ın Çində istehsal edərək idxal etdiyi məhsullar var.Tramp istifadəçilərin reaksiyasından çəkinir və məhsulların Amerikalı alıcılara təsirini ən aza endirmək istəyir. Çinin prezidendti Xi Jinging Argentinada görüşünüəaz müddət qalmış Wall Street Journal açıqlama verən Tramp yanvarın 1-də qüvvəyə minəcək vergi artımın ertələnməsi ilə bağlı çinin istəyini qəbul etməsinin mümkünsüz olduğunu bildirib.G20 sammiti çərçivəsində Çin prezidenti ilə görüşəcəyi planlaşdırılan Tramp fikirlərinin davamında qeyd edib ki,müzakirələr uğurlu olmasa Çindən idxal edilən bütün məhsullara vergi tətbiq olunacaq. “Əgər müqavilə imzalanmasa  267 milyard dollarlıq idxalı da vergi tətbiqi siyahısına əlavə edəcəm” deyən Tramp bu məhsullara tətbiq olunacaq verginin 10 %-dən 25%-ə yüksələcəyini bildirib.Çinin ABŞ-a ən çox ixrac etdiyi məhsul mobil telefon,kompyuter və bu kimi məhsulların idxalına hələ ki, verginin tətbiq olunmadığı bildirən Amerika rəsmiləri bu məhsulların istifadəçilərə təsirini ən aşağı səviyyəyə endirmək istədiklərini bildirir. Wall Street Journal qəzeti rəsmilərin bu məhsulların alıcılarından reaksiyasından çəkindiyi üçün həmin məhsullara vergi tətbiq olunmadığı bildirir.Mobil telefonlara və noutbuklara vergi tətbiqi barədə suala cavab verən Tramp deyib “Bu vergi səviyyəsinin nə qədər olacağına bağlıdır.Yəni mən 10% vergi tətbiq etsəm alıcılar bunu asanlıqla qəbul edə bilər”

Müəllif Aynur Qəniyeva 

Eləcə də bax: Tramp yanvarın 1-dən Çin mallarının idxal rüsumlarını artıracaq

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256