DÜNYA

“Alibaba” şirkətinin rəhbəri kommunist oldu
27 NOYABR
105

“Alibaba” şirkətinin rəhbəri kommunist oldu

2018-11-27 13:38:00

Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə Çinin və dünyanın onlayn ticarət sahəsində ən iri şirkətlərindən biri olan “Alibaba”nın yaradıcısı və hazırki rəhbəri Cek Ma Çin Kommunist Partiyasının sıralarına keçib.Çin mətbuatının verdiyi  məlumatda göstərilir: “İslahatlar və açıqlıq siyasətinin 40-cı ildönümündə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi bu siyasətin yeridilməsinə xüsusi töhfələr verən bir qrup insana hörmət izhar etmək qərarına gəlib. Əlaqələndirmə Şurası tərəfindən partiya sıralarına daxil olmaq üçün seçilən 100 nəfərin namizədliyi tövsiyə olunur”. Bunların arasında “Alibaba” şirkətinin banisi Cek Ma, ölkənin ən iri telekomunikasiya şirkəti olan “Tencent”in rəhbəri Ma Huatenq də var.

Qeyd edək ki, 1999-cu ildə qurulan “Alibaba” şirkətinin 2018-ci ildə ümumi vəsaitləri 500 milyard dollara yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255