DÜNYA

Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb
27 NOYABR
102

Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb

2018-11-27 13:23:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə Mərkəzi Bankının yaydığı press-relizdə Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında xatirə gümüş sikkə buraxıb. Bu, 200 rubl və 2000 rubl dəyərindəki banknotların rəmzlərinin seçilməsi üzrə ümumrusiya səsverməsinin final mərhələsinin iştirakçılarına həsr olunub. Yüz rubl dəyərindəki sikkə cəmi 75 ədəd buraxılıb. Sikkənin ön tərəfində Rusiya Federasiyasının dövlət gerbinin relyef forması təsvir olunub. Arxa tərəfdə isə dairəvi şəkildə ümumrusiya səsverməsinin finalçı şəhərləri və ərazilərinin, o cümlədən Petrozavodsk, Uzaq Şərq, İrkutsk, Kazan, Soçi, Volqoqrad, Nijni Novqorod, Vladimir və Sergiyev Posadın rəmzləri əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256