DÜNYA

Kerç boğazı ətrafında baş verənlərin Ukraynanın qiymətli kağızlar bazarına təsiri
26 NOYABR
119

Kerç boğazı ətrafında baş verənlərin Ukraynanın qiymətli kağızlar bazarına təsiri

2018-11-26 17:30:00

Fins.az-ın məlumatına görə,Ukrayna və Rusiya arasında ötən həftənin sonu Kerç boğazı ilə bağlı yaranmış gərginlik fonunda Ukraynanın avrobondları dəyər itirməyə başlayıb.Məlumata əsasən, daha çox "Ukrayna-24", "Ukrayna-25" və "Ukrayna-32" avrobondları ucuzlaşıb. Moskva vaxtı ilə saat 11:35-ə olan məlumata görə, onların qiyməti müvafiq olaraq 1,177, 1,158 və 1,295 faiz azalıb. Son hadisələr Ukrayna şirkətlərinin səhmlərinə də mənfi təsir edib. Xüsusilə də “Ferrexpo” səhmləri 2,14%, MHP səhmləri isə 0,94% ucuzlaşıb. Xatırladaq ki, noyabrın 25-də Ukraynanın hərbi dəniz qüvvələrinin 3 gəmisi qanunsuz olaraq Rusiya sərhəddini keçib və Kerç boğazına yönəliblər. Moskva buna cavab olaraq boğazı bağlayıb. Rəsmi Kiyev Moskvanı gəmirlərinə güc tətbniq etməkdə günahlandırıb. Axşam Ukrayna hərbi dəniz qüvvələri gəmilərinin atəşə tutulması ilə bağlı məlumat verib və bundan sonra geri çəkiliblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256