DÜNYA

Münaqişə ucuzlaşmaya səbəb oldu
26 NOYABR
141

Münaqişə ucuzlaşmaya səbəb oldu

2018-11-26 15:46:00

Fins.az-ın məlumatına görə Rusiyanın Fond birjası Kerç boğazı ilə bağlı münaqişənin fonunda dəyər itirməyə başlayıb.Birja iştrakçıları hesab edir ki, gün ərzində kotirovkaların  ucuzlaşması davam edəcək investorlar isə rəsmilərin açıqlamalarına uyğun hərəkət edəcəklər. Bu gün Mosbirja və RTS-də  Rusiyanın fond indeksi 25 noyabrda Rusiya ilə Ukrayna arasında başlayan Kerç boğazı ilə bağlı münaqişənin təsiri ilə aşağı düşüb. Moskva vaxtı ilə  saat 10: 40-da Mosbirjanın indeksi 2,44%, 2,286 bal, RTS-in  indeksi isə 2,8 % aşağı düşərək 1,081 bal azalıb. Dolların  rubla nisbətən məzənnəsi 0,6% aşağı düşərək, 1 dollar 66,5 rubla qədər enib. Avroya nisbətən rubl  0,7% ucuzlaşıb. Qeyd edək ki, 23 noyabr Cümə günü birjaların bağlananda Mosbirjanın indeksi 2343 bal, RTS-nin dollar indeksləri isə 1113 bal səviyyəsində idi. Bu gün saat 12:00-da birja indeksləri səhər ucuzlaşmasından sonra qiymət itirməsə də əvvəlki birja qiymətlərinin yekunlarına nisbətən 1.3-1.4% səviyyəsinə qalxıb. Böyük şirkətlərin səhmləri arasında ən çox Gaz qrupun səhmləri - 3.73% ucuzlaşıb, sözügedən qrupun depozit daxilolmaları isə EN + (-3,62%) olub. Rosqosstrax-ın səhmlərində 3.17%,Tatneft-in səhmlərində -2.88%.Sberbank-ın səhmlərində -2.33% və Qazpromun səhmlərində  2.05% ucuzşalma müşahidə olunur

ITI Capital-in baş investisiya strateqi İskəndər Lutskiy, gələn həftə Rus bazarında artımın müşahidə ediləcəyini bildirir  "Kerç boğazında baş verən  hadisələr noyabr ayının sonunda Putinlə Trump arasında baş tutacaq  əhəmiyyətli görüş üçün mənfi fon meydana gətirir  və 2019-cu ilin ilk rübündə ABŞ-dan yeni sanksiyalar təhdidi olduğu üçün Rus aktivlərinə təzyiq artır" O qeyd edir ki, bugünkü ticarətdə rubl, səhərə  nisbətən neftin  qiymətinin aşağı düşməsinə  və dollar indeksinin azalmasına baxmayaraqG20 ölkələri arasında dollardan pis ticarət edilən  yeganə valyutadır.

Qeyd edək ki ,mütəxəsislərin fikrincə rublun dəyər itirməsində  eləcədə də rus şirkətlərinin səhmlərinin qiymətinin aşağı düşməsində noyabırın 25-də Qara dənizin Kerç boğazında Ukrayna Sərhəd Qoşunları və Rusiya Sərhəd xidməti arasında baş verən qarşıdurmanın mənfi rolu var.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256