DÜNYA

“Mail.Ru Group” xidmətlərindən birini bağlayır: “Artıq populyar deyil”
26 NOYABR
88

“Mail.Ru Group” xidmətlərindən birini bağlayır: “Artıq populyar deyil”

2018-11-26 15:09:00

“Mail.Ru Group” qiymət müqayisə xidməti olan “Tовары@Mail.Ru”nu dekabrın sonunda bağlayır.

Fins.az-ın məlumatına görə, bu barədə RBK şirkətin partnyor-mağazalara göndərdiyi rəsmi məktubuna istinadən yazıb.

Şirkətin göndərdiyi məktubda “layihə dekabrın 24-ü 2018-ci ildə bağlanacaq. 23 noyabr tarixindən etibarən isə yeni iştirakçıların qeydiyyatı və ödənişlərin qəbulu dayandırılacaq: “Bu cür xidmətlər artıq istifadəçilər arasında populyar deyil. Elə bu səbəbdən daha uğurlu e-ticarət xidmətlərinə fokuslanmağı planlaşdırırıq”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Daha əvvəl “Rambler Group” oxşar layihəni bağlamışdı. Analtiklər deyir ki, qiymətlərin müqayisəsi üçün xidmətlər, artıq istehlakçıya maraqlı deyil.

“Baon”un prezidenti İlya Yaroşenko bildirib ki, bir-neçə il əvvəl biz belə bir resursa sərmayə qoyduq, amma görünən o oldu ki, effektivlik yox idi, xərclərimiz daha çox, satışlar isə çox az idi.

Xatırladaq ki, cari ilin sentyabr ayında “Mail.Ru Group” “AliExpress Russia”nın bazası əsasında, Çin şirkəti “Alibaba” ilə ortaq layihəyə başlayacaqlarını bildirmişdilər. Razılığa görə, “Alibaba” Rusiya bazarına “AliExpress” və “Tmall”ı və pul vəsaitlərini də daxil etməli, ümumi müəssisədən 48%, eləcə də “Mail.Ru Group”dan 10% səhm almalıdır. Öz növbəsində, “Mail.Ru Gropu” öz daxilinə “Pandao”nu və pul vəsaitlərini də daxil etməli və müəssisədən 15% səhm almalıdır.

facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256