DÜNYA

Səudiyyə Ərəbistanı neft istehsalını rekord həddə çatırıb
26 NOYABR
102

Səudiyyə Ərəbistanı neft istehsalını rekord həddə çatırıb

2018-11-26 13:26:00

Fins.az-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı neft hasilatını yeni rekord həddə çatırıb. Krallıq sutkada 11,2 milyon barel neft istehsal edir.Səudiyyə Ərəbistanında oktyabr ayında hasilat sutkada 10,8-10,9 milyon barel olub. Oktyabrda Səudiyyə Ərəbistanının neft istehsalını  ABŞ sanksiyalarına görə İrandan neft tədarükünü dayandırmağa hazırlaşan istehlakçıların yüksək tələblərinə cavab olaraq artırdığı bildirilirdi.Daha əvvəl Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, ölkə dekabr ayında tələbatın aşağı olmasına görə sutkada noyabr ayındakından 500 min barel az neft istehsal edəcək.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256