DÜNYA

Saxo Capital: Dollar ani şəkildə dəyərini itirə bilər
26 NOYABR
146

Saxo Capital: Dollar ani şəkildə dəyərini itirə bilər

2018-11-26 13:20:00

Saxo Capitalın eksperti Van-Petresen dolların FED-in proqnozlaşdırdığı kimi şahin yüksəlişindən sonra ani dəyər itirə biləcəyini bildirib. Saxo Capital Markets-in qlobal makro-strateqi Kay Van-Petersen,birjaların bu həftə açıqlanmalı olan FED toplantısından sonra şahin yüksəlişini gözləmədiyini və bu vəziyyətin dolların qiymətinin aşağı düşməsini stimullaşdıracağını qeyd edib.Ancaq riskin açıq şəkildə yuxarı yönlü olduğunu deyən Van-Petersen “Azalan vergilər,neytral faiz ya da buna bəznər mövularla bağlı müzakirələr olacaq əgər belə müzakirə olmasa belə, dollarla bağlı  güclü  bir yüksəliş müşahidə oluna bilər” deyə bildirib

Van-Petersen  daha sonra əlavə edib ki, “Ticarət müharibəsi cəbhəsində ABŞ ilə Çin arasında  noyabırın 30-da baş tutması planlaşdırılan G-20 zirvəsində bağlanacaq potensial müqavilə qısa müddətdə müsbət təsirə malik olacaq ancaq müqavilə imzalanmasa dollar sürətlə dəyərini itirə bilər.”

Qeyd edək ki, ABŞ pul ehtiyatının G-10 ölkələrinin pulları qarşısında seyrini göstərən Bloomberg Dollar Spot İndeksi cümə günü 0.4% yüksəldikdən sonra bu gün 0.2% geriləyib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255