DÜNYA

Türkiyə Rusiya-Ukrayna arasındakı gərginliyə münasibət bildirib
26 NOYABR
105

Türkiyə Rusiya-Ukrayna arasındakı gərginliyə münasibət bildirib

2018-11-26 13:19:00

Ukraynaya aid gəmilərə atəş açılması nəticəsində yaralıların olması barədə yayılan xəbəri narahatlıqla qarşılayırıq.

Fins.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN)  Rusiya gəmisinin Azov dənizində Ukrayna gəmisini atəşə tutması ilə bağlı yaydığı açıqlamada belə bildirilib.

“Rəsmi Ankara Azov dənizi və Kerç boğazında baş verən hadisələri və gərginliyin artmasını izləyir. Bu fonda Ukraynaya aid gəmilərə atəş açılması nəticəsində yaralıların olması barədə yayılan xəbəri narahatlıqla qarşılayırıq. Qara dənizsahili ölkələrindən biri olaraq, Kerç boğazından giriş və çıxışlara maneələr yaradılmamasının vacibliyini vurğulayırıq. Regional sülh və sabitliyə təhlükə yarada biləcək istənilən addımların atılmasından çəkinməyə, beynəlxalq hüquqa hörmət etməyə, gərginliyi artırmamağa çağırırıq”- deyə Türkiyə XİN-in məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256