DÜNYA

D.Tramp İraqa hərbi dəstəyin qarşılığında bunu istədi
26 NOYABR
81

D.Tramp İraqa hərbi dəstəyin qarşılığında bunu istədi

2018-11-26 12:27:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Prezident Donald Tramp İraqa münaqişələr zamanı göstərilən hərbi dəstək qarşılığında ABŞ-a neft verilməsini təklif edib.Bu barədə "Axios" internet portalı administrasiyadakı mənbələrinə istinadən məlumat verib.Bildirilir ki, D.Tramp bu fikri azı iki dəfə dilə gətirib. ABŞ dövlət başçısı bu məsələni, həmçinin ötən ilin martında Ağ evdə İraqın o vaxtkı Baş naziri Heydər əl-Abadi ilə görüşdə də qaldırıb. Donald Tramp Birləşmiş Ştatların İraqdakı hərbi əməliyyatlara xərclədiyi vəsait və İraq ordusuna İŞİD terror qruplaşması ilə mübarizədə göstərdiyi dəstəyin qarşılığında İraqdan ABŞ-a neft tədarükünü təklif edib. Bundan başqa, "Axios"un mənbələri ABŞ Prezidentinin belə ssenarini İraq rəhbərliyi və müşavirlər komandası ilə uğursuz şəkildə müzakirə etdikdən sonra bu təşəbbüsdən ələ çəkdiyini söyləyiblər.

Qeyd edək ki, Donald Tramp seçkiqanağı kampaniyası və prezidentliyi dövründə dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarda 7 trilyon dollardan çox vəsait sərf etməsindən, amma qarşılığında heç nə almadığından narazılığını dilə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256