DÜNYA

Britaniya qanunvericiləri Brexit ilə bağlı xəbərdarlıq edib
25 NOYABR
127

Britaniya qanunvericiləri Brexit ilə bağlı xəbərdarlıq edib

2018-11-25 22:25:00

Fins.az-ın məlumatına görə Avropa İttifaqı liderləri noyabrın 25-də Brüssel sammitində Böyük Britaniyanın Avropa İttifaqından çıxması  ilə bağlı razılaşmanın layihəsini təsdiqləyib.Bunu Avropa Şurasının rəhbəri Donald Task bəyan edib.Təxminən 40 dəqiqə sürən iclasda həmçinin siyasi bəyannamə qəbul edilib.Amma bu razılaşmanı Britaniya parlamenti də təsdiqləməlidir. Buna görə də parlamentdəki səsvermə razılaşmanın qüvvəyə minməsini əngəlləyə bilər.Çünki baş nazir Teresa Meyin razılaşmanı keçirmək üçün lazımi dəstəyi yoxdur. Hətta onun mühavizəkar partiyasının bir sıra üzvləri də bu məsələdə ona qarşıdırlar.Onlar razılaşmanın Britaniya üçün sərfəli olmadığını deyirlər.Mey Brüsselə yollanmazdan əvvəl xalqa yazılı müraciət edərək razılaşmanı dəstəkləməyə çağırıb.585 səhifəlik razılaşma “Brexit”dən sonra Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı münasibətlərin prinsiplərini müəyyən edir.Razılaşmaya əsasən Britaniya 2019-cu il martin 19-da Avropa İttifaqından çıxmalıdır.Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa İttifaqından çıxmasına səs verib.Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Britaniyanın parlament razılığı rədd etsə, bundan yaxşı razılıq əldə edə bilməyəcəyini deyib.

Qeyd edək ki, Britaniya qanunvericiləri bu razılığın əleyhinə səs verəcəkləri barədə xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255