DÜNYA

ABŞ-da OPEC-in neft bazarına təsirini məhdudlaşdıran qanun
22 NOYABR 2018
344

ABŞ-da OPEC-in neft bazarına təsirini məhdudlaşdıran qanun

2018-11-22 13:15:00

Fins.az-ın məlumatlına görə ABŞ Ədliyyə Nazirliyində OPEC-in dünya neft bazarına təsirini azaldan qanun layihəsi rəsmən müzakirə olunur.Nazirlikdə adı çəkilməyən mənbəyə görə, vəziyyət hələlik araşdırılır, amma OPEC-in hasilat kvotaları vasitəsilə neftin qiymətinə təsir göstərmək siyasətinin amerikalı istehlakçılar üçün əlavə xərclərə səbəb olduğu artıq göz qabağındadır. ABŞ Konqresindəki hər iki partiyanın dəstəklədiyi bu qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda müzakirəyə çıxarılıb. Lakin hələlik palataların heç birində sənədə dair səsvermə keçirilməyib.

Xatırladaq ki, bu il iyun ayının ortalarında Ohayo ştatından olan konqresmen Stiv Çabot tərəfindən təqdim edilən NOPEC (No Oil Producing and Exporting Cartels) adlı qanun layihəsi nümayəndələr palatasının hüquq komitəsində təsdiq olunmuşdu. Bu sənəd OPEC üzv ölkələrini ABŞ antiinhisar qanunları çərçivəsində kartel razılaşması iştirakçısı qismində tövsif etməklə imunitetdən kənarlaşdırmağı nəzərdə tutur.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256