DÜNYA

ABŞ B.Əsədə neft ötürən 2 Rusiya şirkətinə sanksiya tətbiq edir
22 NOYABR
147

ABŞ B.Əsədə neft ötürən 2 Rusiya şirkətinə sanksiya tətbiq edir

2018-11-22 12:34:00

Fins.az-ın məlumatına görə ABŞ Maliyyə Departamenti Rusiya vətəndaşı Andrey Doqayevə və “Qlobal konsepsiya qrupu” və “Promsıryoimport” adlı iki rus şirkətini Suriyada Bəşər Əsəd hökümətinə neft ixrac etdikləri üçün sanksiyalar irəli sürüb. Müvafiq qətnamə deportamentin saytında dərc edilib. Doqayev “Promsıryoimport” şirkətinin direktor müavinidir. Şirkət həmçinin Rusiya Enerji Nazirliyinin törəmə şirkəti. Sanksiya siyahısında həmçinin iki Suriya vətəndaşı, bir livanlı və ikisi Mərkəzi Bankda yüksək vəzifə tutan üç İran vətəndaşı yer alıb. Məhdudiyyətlər həmçinin İran şirkəti “Tadbir Kish Medical and Pharmaceutical”-a şamil olunur.

ABŞ malliyyə Deportamentinin verdiyi məlumata görə, İran Rusiya ilə birgə xüsusi hazırlanmış plana əsasən beynəlxalq sanksiyalara aşaraq Suriyaya neft məhsulları ixrac edib. Suriya isə öz növbəsində “Hizbullah” və “Həmas” qruplaşmalarını dəstəkləmək üçün İslam İnqilabı Korpusu silahlılarına milyonlarla dollar pul göndərib. ABŞ bu təşkilatları terrorçu hesab edir. “Bu gün İran və Rusiyanın Əsəd rejiminə dəstək verdiyi kompleks sxemə qarşı addımlar atdıq,” ABŞ Maliyyə Departamentinin rəhbəri Stiven Mnuçin deyib.

Departamentin məlumatına görə, Rusiya şirkəti “Qlobal konsepsiya qrupu” ən azı 2014-ci ildən etibarən Avropa sığortaçıları tərəfindən sığortalanan gəmilərdə İran neftini Suriyaya nəql edir. Bəyanatda bu gəmilərin Suriyanın sahillərinə çatmazdan əvvəl, hərəkətlərini izləyən avtomatik tanıma sistemlərini söndürdüyü deyilir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255