DÜNYA

Barak və Mişel Obamanın bir çıxış üçün aldıqları rekord məbləğ
22 NOYABR
188

Barak və Mişel Obamanın bir çıxış üçün aldıqları rekord məbləğ

2018-11-22 10:11:00

Fins.az-ın məlumatına görə Barak və Mişel Obama cütlüyünün çıxışlardan qazandıqları xaric sərvətlərinin 135 milyon dolları keçib.Keçmiş ABŞ Prezidenti Barak Obama və sabiq birinci xanım Mişel Obama, markalarının dəyərini artırmaqda davam edirlər. Mişel Obamanın yeni bazara çıxarılan "Becoming" adlı kitabı üçün başlatdığı tur, Obama markasının dəyərini artıran ən mühüm addımlardan biridir. "New York Post"un xəbərinə görə, yeni kitabı üçün ABŞ-ın 10 şəhərini əhatə edən bir tura çıxan Mişel Obama, kitab üçün 65 milyon dollar ödəniş alıb. "Netflix" ilə bir şou üçün 50 milyon dollara razılaşan cütlük sərvətlərinə sərvət qatmağa davam edir. Həm Barak, həm də Mişel Obama son dövrlərdə məruzəçi kimi dəbdədirlər. Mişel Obamanın bir çıxışa  225 min dollar aldığını yazan qəzetə görə, keçmiş prezidentin bir çıxışa aldığı məbləğ isə 400 min dollardır. Forbes, Obamanın 2005-də prezidentlik vəzifəsinə başlayan zaman 20.5 milyon dollar sərvəti olduğunu yazmışdı. Cütlüyün, çıxışlardan qazandıqları pullar istisna indiki sərvəti 135 milyon dollardan çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255