DÜNYA

Avropa İttifaqı rəsmisi:"İtaliyanın dövlət borcu Avropa Komissiyası qarşısında başlıca problemdir"
21 NOYABR
99

Avropa İttifaqı rəsmisi:"İtaliyanın dövlət borcu Avropa Komissiyası qarşısında başlıca problemdir"

2018-11-21 17:13:00

Fins.az-ın məlumatına görə Avropa İttifaqının iqtisadiyyat və maliyyə komissarı Pyer Moskoviçi mətbuat konfransı zamanı bildirib ki, Avropa Komissiyası İtaliyanın dövlət borcunun hədsiz artmasından çox narahatdır.“İtaliyanın dövlət borcunun yaxın iki il ərzində azalması görünmür və bu da bizim üçün başlıca qayğı mənbəyi olaraq qalır”, - deyə komissar qeyd edib.

Daha əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis İtaliyanın 2019-cu il büdcə layihəsinin Aİ-dəki büdcə qaydalarından xeyli kənara çıxdığını, İtaliya hökumətinin bundan əvvəl üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini bildirimişdi

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256