DÜNYA

Səudiyyə Ərəbistanı neft hasilatını rekord səviyyədə artırıb
21 NOYABR
96

Səudiyyə Ərəbistanı neft hasilatını rekord səviyyədə artırıb

2018-11-21 16:17:00

Fins.az-ın məlumatına görə Səudiyyə Ərəbistanı noyabr ayının əvvəlində sutkda 10,8 - 10,9 milyon barel neft hasil edib. Eyni zamanda müəyyən günlərdə daxili və xarici ehtiyatlar hesabına bazara çatdırılma 11 milyon barel/sutkadan çox olub. Bununla ölkə neft istehsalını tarixi maksimum göstəriciyə çatdırıb.

Qeyd edək ki, bundan əvvəlki hasilat rekordu 2016-cı ilin noyabr ayında 10,72 milyon barel/sutka səviyyəsində olub. 2017-ci ilin yanvar ayında isə hasilat 9,8 milyon barel/sutkaya qədər aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256