DÜNYA

Avropanın nəhəng bankında rüşvət qalmaqalı
21 NOYABR
123

Avropanın nəhəng bankında rüşvət qalmaqalı

2018-11-21 10:02:00

Fins.az-ın məlumatına görə Danimarkada fəliyyət göstərən Danse Bankda çirkli pulların yuyulması qalmaqalını rəsmilərə bildirən Baltik Ticarət təşkilatının keçmiş başçısı Howard Wilkinson-a bank rəsmilərinin rüşvət təklif etdiyi müzakirə mövzusuna çevrilib.Danke bankın Estoniya vasitəsi ilə 2007-2015-ci illər arasında 200 milyon avro şübhəli pul köçürmələrini həyata keçirməsinin açkarlanması nəticəsində Danimarka,Estoniya,Birləşmiş Krallıq və ABŞ məsələ ilə bağlı araşdırmalara başlayıb

Danimarka Parlamentinin ticarət komissiyasının rəsmiləri tərəfindən dinlənilən Baltik Ticarət təşkilatının keçmiş başçısı Howard Wilkinson bankın xəbərdarlıqlarına qulaq asmadığını və məsələ ilə bağlı sənədlərin nəzərə alınmadığını bildirib.Daha sonra bu barədə məlumatın ictimaiyyətə açıqlamaması üçün ona pul təklif edildiyini bildirib. Wilkinson deyib.“2007-ci ildən 2015-ci ilə qədər davam edən çirkli pulların köçürülməsindən danışırıq hesab edirəm ki, bu pulun mənbəyi araşdırılmayacaq  və hərhansı bir günahkar bir qəpik də itirməyəcək.Artıq çox gecdir ancaq bu tip hadisələrin bir daha təkrarlanmaması üçün daha yaxşı filtr proqramı tətbiq edilə bilər”

Wilkinson həmçinin bildirb ki,Danimarka Maliyyə Araşdırma Qurumunu baş verənlərlə bağlı yazılı olaraq məlumatlandırsa da onunla əlaqə saxlanılmayıb sənədlər mətbuatda dərc olunandan sonra 2018-ci ilin mayında onunla əlaqə saxlanılıb

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255