DÜNYA

Ermənistanda bankdan 1 milyon avro vəsaiti oğurlamaq cəhdi
20 NOYABR
90

Ermənistanda bankdan 1 milyon avro vəsaiti oğurlamaq cəhdi

2018-11-20 22:06:00

Fins.az-ın məlumatına görə 2018-ci  ilin may ayında bir İran vətəndaşı tərəfindən saxta veksel təqdim olunması ilə bağlı cinayət işi başlanıb. Ermənistan İstintaq Komitəsi HSBC Bankının yerli şöbəsindən 1 milyon avro vəsaiti oğurlamaq cəhdini araşdırır.

İstintaq çərçivəsində şübhəlinin aprel ayında ölkəyə gəlib özünü iş adamı və investor kimi qələmə verdiyi müəyyənləşdirilib. O, aprelin 9-da isə Bankın baş ofisinə gəlib1 milyon avro məbləğində veksel təqdim edib. Lakin yoxlamalar zamanı sənəd üzərindəki imzaların saxta olduğu üzə çıxıb. Niyyətinin baş tutmadığını görən saxtakar ölkəni dərhal tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256