DÜNYA

Dünyanın ən böyük dəniz nəqliyyatı şirkətindən D.Trampın iqtisadi siyasətinə etiraz
19 NOYABR
126

Dünyanın ən böyük dəniz nəqliyyatı şirkətindən D.Trampın iqtisadi siyasətinə etiraz

2018-11-19 09:40:00

Fins.az-ın məlumatına görə dünyanın ən böyük dəniz nəqliyyatı şirkəti Maersk ABŞ prezidenti Donald Trumpın hayata keçirdiyi ticarət müharibələrinin qlobal iqtisadi böhrana səbəb olacağını iddia edib.Moller-Maerskin CEO-su Soren Skou ABŞ və Çin  arasında tətbiq olunan əlavə gömrük vergilərinə görə qlobal ticarət tələbinin son iki ildə aşağı səviyyəyə endiryini bildirib.

Financial Times qəzetinə açıqmama verən Skou ABŞ  və Çin arasında  gömrük tariflərinin arması səbəbindən iki ölkə arasında gerçəkləşən nəqliyyat ticarətinin 2019 və 2020-ci ildə 2-5% arasında aşağı düşməsinin gözlənildiyini bidirib. Skou deyib ”Çindən ABŞ-a idxalın artdığını ancaq ABŞ-ın Çinə ixracatının azaldığını müşahidə edirik.Əlbəttə bunun gələn ilin birinci  yarısında mənfi təsiri hiss edilək. Çinin fevralda bayram etdiyi yeni ilə qədər real təsir müşahidə olunmayacaq”

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən etibarən ABŞ Çindən idxal edilən polad və aluminuma 10-25 % arasında əlavə gömrük vergisi tətbiq edəcək.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256