DÜNYA

Merilin Monronun "Qızıl Qlobus"u hərracda rekord məbləğə satılıb
18 NOYABR 2018
156

Merilin Monronun "Qızıl Qlobus"u hərracda rekord məbləğə satılıb

2018-11-18 20:35:00

Fins.az-ın məlumatına görə 1961-ci ildə tamaşaçılar tərəfindən ən çox sevilən aktrisa kimi Merilin Monroya verilən "Qılız qlobus" mükafatı ABŞ-da hərracda 250 min dollara satılıb."Julien's Auctions" hərrac evinin bu barədə verdiyi açıqlamada bildirilir ki, M.Monronun "Qızıl qlobusu" indiyə qədər ən böyük məbləğə satılan bu cür mükafat olub. Merilin Monronun şəxsi əşyaları Los-Ancelesdə hərraca çıxarılıb. İlk növbədə aktrisanın 1965-ci il buraxılışı olan avtomobili "Ford Thunderbird" 490 min dollara satılıb. Bundan əlavə, hərracda M.Monronun sürücülük vəsiqəsi (10 min dollar), üz qabığında aktrisanın olduğu "Playboy" jurnalı (32 min dollar) və aktrisanın 1956-cı ildə Los-Anceles hava limanında keçirilən mətbuat konfransına geyindiyi qara köynəyi (43,75 min dollar) satılıb. Qeyd edək ki, M.Monro karyerası ərzində (əsl adı Norma Cin Mortenson) müxtəlif kinofilmlərdə 30-a yaxın rollarda oynayıb. Aktrisa 1962-ci ilin avqustun 5-də Los-Ancelesdə dünyasını dəyişib

Müəllif:Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256