DÜNYA

Amerika ilə Çin arasında gömrük rüsumları ilə bağlı gərginlik
17 NOYABR 2018
179

Amerika ilə Çin arasında gömrük rüsumları ilə bağlı gərginlik

2018-11-17 17:45:00

Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə Çin ticarət siyasətini dəyişməyincə ABŞ hökuməti Çindən gələn mallara tətbiq edilən rüsumları saxlamaq və hətta yeni rüsumlar tətbiq etmək niyyətindədir. Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Papua-Yeni Qvineyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Forumunda bildirib."Çin kurusunu dəyişmədiyi müddətdə ABŞ da kursunu dəyişməyəcək. Çin ilə ticarət disbalansının aradan qaldırmaq üçün qəti tədbirlər görmüşük. Çindən gələn mallara olan gömrük rüsumlarını 250milyard dollar məbləğində artırmışıq. Bu rəqəmi iki dəfədən də artıq artıra bilərik", - vitse-prezident deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256