DÜNYA

Tereza Mey: "Brexit-lə bağlı razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm"
16 NOYABR
79

Tereza Mey: "Brexit-lə bağlı razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm"

2018-11-16 09:38:00

Fins.az-ın məlumatına görə İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı razılaşma layihəsi Londonda siyasi böhrana səbəb olub. Layihə müqaviləsində Böyük Britaniyanın Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcəyi, keçid dövründə azad hərəkətin sona çatması və “vahid gömrük zonasının yaradılması” nəzərdə tutulur. Böyük Britaniyanın Baş naziri Tereza Mey gün boyu etdiyi açıqlamalarında razılaşma layihəsini müdafiə etsə də, ən böyük reaksiyanı rəhbəri olduğu Mühafizəkarlar partiyası göstərib. Belə ki, Dominik Raab və Ester Makveyin istefasından sonra Baş nazir mətbuat konfransı təşkil edib.

Bildirib ki, razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünür. Həmçinin qeyd edib ki, bu müqavilə ilə İngiltərə sərhədlərini yenidən yoxlamağa, pullarını geri götürməyə və Avropa İttifaqının ümumi balıqçılıq və kənd təsərrüfatı siyasətindən çıxmağa nail olacaq.

Qeyd edək ki, bu gün İngilis funt sterlinqi ABŞ dollarına qarşı 1,28 səviyyəsinə düşüb.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256