DÜNYA

ABŞ-da inflyasiya Oktyabrda 9 ayın ən sürətli artımını qeyd edib
15 NOYABR
81

ABŞ-da inflyasiya Oktyabrda 9 ayın ən sürətli artımını qeyd edib

2018-11-15 09:41:00

Fin.az-ın məlumatına görə ABŞ-da istehlakçı qiymətləri indeksi Oktyabr ayında artan benzin və ikinci əl avtomobil qiymətlərinin təsiri ilə yüksəlib.ABŞ Əmək Nazirliyinin bu gün açıqladığı məlumata görə, istehlakçı qiymətləri indeksi Oktyabrda aylıq 0.3%, illik 2.5% artıb. Bu artımlar proqnozlara paraleldir. Aylıq artım, Yanvardan bu yana görülən ən böyük artım kimi qeydə alınıb. Baza inflyasiya aylıq 0.2%, illik isə 2.2% artıb. Proqnoz aylıq 0,2%, illik isə 2.1% idi. İnflyasiya bu il iqtisadiyyatdakı güclənməyə bağlı olaraq yüksəlir. İnflyasiya hədəfi 2% olan Fed-in gələn aykı iclasda faizləri bu il 4-cü dəfə artıracağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255