DÜNYA

Türk Hava Yollarının yüklənmə səviyyəsi oktyabr ayında rekord həddə çatıb
15 NOYABR
172

Türk Hava Yollarının yüklənmə səviyyəsi oktyabr ayında rekord həddə çatıb

2018-11-15 11:11:00

Fins.az-ın məlumatına görə “Türk Hava Yolları” aviaşirkəti bu ilin oktyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 83,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir. Bu ilin oktyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda daşınan sərnişinlərin ümumi sayı 5% artaraq 6.5 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4%-ə qalxıb.

2018-ci ilin oktyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 83,2%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 85,1%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 7%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.

Oktyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 24% artıb. Artım əsasən daxili reyslər (42%), Afrika (35%), Şimali Amerika (30%) və Avropa ölkələri (24%) hesabına baş verib. Oktyabr ayında Afrika, Şimali Amerika, Avropa və Uzaq Şərq ölkələri üzrə yüklənməs səviyyəsi müvafiq olaraq 7 faiz bəndi,4 faiz bəndi, 3 faiz bəndi və 3 faiz bəndi artmışdır.

Cari ilin yanvar-oktyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 11% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 64 milyondan çox sərnişin daşınıb.

Yanvar-oktyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82.2%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 86%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb.

Cari ilin ilk 10 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tondan çox olmuşdur.

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256