DÜNYA

Avropa İttifaqından İranla əməkdaşlıqla bağlı vacib açıqlama
14 NOYABR
127

Avropa İttifaqından İranla əməkdaşlıqla bağlı vacib açıqlama

2018-11-14 17:48:00

Fins.az-ın məlumatına görə Avropa İttifaqı  İranda işləyən şirkətlər üçün ABŞ sanksiyalarının nəticələrini minimuma endirmək üzərində işləyir.Məlumatda qeyd olunur ki, Aİ əvvəlki kimi İranla əldə olunmuş nüvə sazişinə sadiqdir, beynəlxalq sazişlərə və beynəlxalq təhlükəsizlik prinsiplərinə hörmət əlaməti olaraq İrandan da bununla bağlı konstruktiv addımlar gözləyir: “Sazişin qorunması üçün Aİ konkret tədbirləri davam etdirir. Biz İranda qanuni bizneslərini davam etdirmək niyyətində olan şirkətlər üçün sanksiyaların nəticələrinin minimuma endirilməsi üzərində işləyirik”. Bundan başqa, Aİ-dən bildiriblər ki, üzv ölkələrlə və digər tərəfdaşlarla birgə Aİ İranla iqtisadiyyatın əsas sektorlarında, xüsusilə də bank, maliyyə, ticarət, investisiya, neft və nəqliyyat sahələrində əməkdaşlığın dəstəklənməsi üçün addımlar atır: “Avqustun 23-də Avropa Komissiyası İrana 18 milyon avro həcmində dəstək paketini təsdiq edib”.

                                                                                                                                                                                                               Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256