DÜNYA

İki holland şirkətinin qeyri-adi məhkəməsi
13 NOYABR 2018
191

İki holland şirkətinin qeyri-adi məhkəməsi

2018-11-13 16:15:00

Avropa Birliyi ölkələrində ən ali məhkəmə orqanı hesab olunan Avropa Ədalət Məhkəməsi, Hollandiyadakı krem pendir və səməni tərkibli bir sousun dadına dair məhkəmə işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə, bir ərzaq məhsulunun dadının müəllif hüququ olmadığına qərar verib.Qərarda, "Məhkəmə, bir ərzaq məhsulunun dadının bir "iş" olaraq təsnif edilməməsinə və müəlliflik hüququnun qoruması üçün uyğun olmadığı nəticəsinə gəldi", - deyilir.

Hollandiyada bir şirkət, 2007-ci ildə "Heksenkaas" adı altında krem pendir və səməni tərkibli bir sos istehsal etməyə başlamışdır. Şirkət, sözügedən məhsulun hüquqlarını Hollandiya qanunlarına tabe olan "Levola" şirkətinə verib.

Hollandiyada "Smilde" adlı şirkət də 2014-cü ildə "Witte Wievenkaas" adlı oxşar məhsulu müxtəlif supermarketlər üçün istehsal etməyə başlayıb. "Levola" şirkəti, "Smilde"ın məmulatının dadı ilə müəlliflik hüquqlarını pozduğunu iddia etmiş və bu səbəbdən  məhkəməyə müraciət etmişdi. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266