DÜNYA

ABŞ rəsmisi: "İrana qarşı sanksiyalardan Avropa İttifaqının yayınma mexanizmi səmərə verməyəcək"
13 NOYABR
65

ABŞ rəsmisi: "İrana qarşı sanksiyalardan Avropa İttifaqının yayınma mexanizmi səmərə verməyəcək"

2018-11-13 15:14:00

 Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə  bildirib ki, ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Qordon Sondlənd bildirib."Avropa İttifaqı tərəfindən ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün hazırlanan maliyyə transaksiya mexanizmi səmərəsiz olacaq".

“Avropa İttifaqının sanksiyalardan yayınmaq üçün xüsusi mexanizminin, eləcə də istənilən başqa mexanizmlərin faydalı olmayacağına, səmərə verməyəcəyinə əminəm. Avropanın bir çox şirkətlərinin İranla bağlı fəaliyyətinə xitam verməsindən çox razıyam. ABŞ onları alqışlayır”, – diplomat vurğulayıb.

İrana dair Müştərək Əhatəli Planı şərh edən amerikalı diplomat İran xalqına qarşı çıxmadıqlarını, İranda hakimiyyət dəyişikliyini  istəmədiklərini, sadəcə İran rejimindən daha məsuliyyətli davranış gözlədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, son vaxtlar Avropanın bir sıra iri şirkətləri sanksiyalar ucbatından ABŞ-dakı işlərində itkilərlə üzləşməmək üçün İranla əməkdaşlığa son qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256