DÜNYA

Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir - neftə təlabat rekord həddə artacaq
13 NOYABR
92

Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir - neftə təlabat rekord həddə artacaq

2018-11-13 14:36:00

Qlobal enerji tələbatının 2040-cı ilə qədər təxminən 26,7 faiz artaraq 17 milyard 715 milyon ton neft ekvivalentinə çatacağı gözlənilir. "Beynəlxalq Enerji Agentliyinin (IEA) "2018 Dünya Enerji Mənzərəsi" hesabatına görə, ötən il cəmi qlobal enerji tələbatı 13 milyard 972 milyon ton neft ekvivalenti səviyyəsində reallaşıb. Dünya miqyasında 2040-a qədər ən yüksək enerji tələbatı 8 milyard 201 milyon ton ekvivalent neftlə Çinin də yer aldığı Asiya Sakit Okean regionundakı ölkələrdən olacaq. Bu bölgənin ardınca, 2 milyard 693 milyon ton ekvivalent neftlə Şimali Amerika gələcək. Avropada isə enerji tələbatı 2040-a qədər 256 milyon ton ekvivalent neft azalacaq. Bu azalmaya baxmayaraq, Avropa dünya miqyasında Asiya Sakit Okean və Şimali Amerikanın ardından 1 milyard 752 milyon ton ekvivalent neftlə enerji tələbatı ən yüksək üçüncü zona olacaq. Avropadan sonra 1 milyard 299 milyon ton ekvivalent neftlə Afrika və 1 milyard 200 milyon ton ekvivalent neftlə Orta Şərq regionu gələcək. Qlobal enerji tələbatı, 2040-a qədər təxminən 26,7 faiz artaraq 17 milyard 715 milyon ton neft ekvivalentinə çatacaq. Qlobal enerji mənbələri arasında ən yüksək tələbat yenə neftə olacaq. Keçən il orta hesabla 94 milyon 800 min barrel olan gündəlik qlobal neft tələbi, gündəlik 11 milyon 500 min barrel artaraq 2040-da 106 milyon 300 min barelə yüksələcək. Qlobal neft istehsalının 2040-da gündəlik 103 milyon 400 min barelə çatacağı gözlənilir. OPEC-in hasil edilən neft içindəki payının isə 45%-ə yüksələcəyi təxmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256