DÜNYA

BMT rəsmisi: Liviyada ideyalar deyil, neft gəlirləri uğrunda mübarizə gedir
13 NOYABR
94

BMT rəsmisi: Liviyada ideyalar deyil, neft gəlirləri uğrunda mübarizə gedir

2018-11-13 12:17:00

Fins.az-ın məlumatına görə Liviyada bitmək bilməyən münaqişə ilk növbədə neftin ixracından gələn gəlirlər uğrunda mübarizə ilə bağlıdır və ölkədə bir çoxlarını belə vəziyyət qane edir, çünki bu hal qeyri-qanuni zənginləşməyə imkan verir.Bunu BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Hassan Salame deyib.

O, Misirin "əI-Əhram" qəzetinə müsahibəsində qeyd edib: "Qarşılaşdığımız problemin məğzi ondadır ki, bu, bir çoxlarına ölkənin sərvətlərini talan etməyə imkan verən mövcud vəziyyətin saxlanmasına cəhddir. Belə mürəkkəb bir vəziyyətdə hər səhər yeni milyonçu peyda olur, ölkədə ümumi durum isə daha da pisləşir". 

Xüsusi nümayəndə bildirib ki, Liviyada ideyalar və mədəniyyət deyil, var-dövlət uğrunda mübarizə gedir:

"Liviya tamamilə neft rentasından asılı olan ölkədir. Avropa bazarlarına tez bir zamanda daxil olan yüksək keyfiyyətli bir milyon 300 min barel neft böyük gəlir gətirir. Hər bir Liviya vətəndaşı güman edir ki, bu rentanın bir hissəsinə haqqı çatır - qarşılığında ölkəyə nəsə verməsindən asılı olmayaraq. Müəmmər Qəddafinin vaxtında isə bu renta ölkənin 6,5 milyon nəfər vətəndaşı arasında bölüşdürülürdü. Qısası, Liviya öz pulları ilə özünü məhv edir. Buna görə də soyğunçuluğu dayandırmaq lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256