DÜNYA

Aleksandr Novak: “İrana qarşı yeni sanksiyalar dünya bazarında neft qıtlığına səbəb olmayacaq”
12 NOYABR
110

Aleksandr Novak: “İrana qarşı yeni sanksiyalar dünya bazarında neft qıtlığına səbəb olmayacaq”

2018-11-12 16:55:00

Fins.az "report"a istinadən məlumat verir ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları dünya bazarında neft qıtlığına səbəb olmayacaq. Baxmayaraq ki, bu sanksiyaların fonunda səkkiz ölkənin İran neftini almaq hüququ var".Bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rusiya 24” televiziya kanalına müsahibəsində bildirib. “Hələ bir müddət əvvəl biz deyirdik ki, İrana qarşı sanksiyalar tətbiq edilərsə, bazarda təklif qıtlığı yaranacaq və sual verirdik ki, bu qıtlığı hansı ölkələr ödəyə biləcək. İndi isə ən azından yaxın bir ay üçün artıq belə bir vəziyyət yoxdur. Bütün bunlar bazar  tərəfindən nəzərə alınır”, - deyə o bildirib. A.Novak xatırladıb ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ərəfəsində bir neçə variant müzakirə edilib: “İranla bağlı bir çox qeyri-müəyyənliklər vardı, ən sərt sanksiyalardan ən yumşaqlarına kimi müxtəlif variantlar təklif edilib. Kiyafət qədər orta variant qəbul edilib və səkkiz ölkəyə 180 gün ərzində İran neftini almaq imkanı yaradılıb. Bizim fikrimizcə, bu, həqiqətən də, bazardakı vəziyyəti dəyişdirib”, - deyə nazir əlavə edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256