DÜNYA

Omandan OPEC-in gündəlik neft hasilatını 1 mln. barel azaltmaq təklifinə cavab
12 NOYABR
91

Omandan OPEC-in gündəlik neft hasilatını 1 mln. barel azaltmaq təklifinə cavab

2018-11-12 16:00:00

Fins.az "report"a istinadən verdiyi məlumatına görə "Neft bazarı həddindən artıq dolub və Oman Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barelə qədər azaldılmasını dəstəkləyəcək". Bunu Omanın neft naziri Məhəmməd əl-Rumhi bildirib. Onun sözlərinə görə, OPEC-ə daxil olmayan ölkələr də hasilatda azalma ilə bağlı fikirləri bölüşür: “Bizə konsensus lazımdır. Əgər hər kəslə sazişimiz olsa, daha yaxşı olardı”. Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev isə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihə istinadən bildirib ki, rəsmi Ər-Riyad neft hasilatının həcminin bu ilin avqust-sentyabr aylarındakı səviyyədən aşağı salınmasını dəstəkləyir. Onun sözlərinə görə, hələlik hasilatın azaldılıb-azaldılmaması ilə bağlı anlaşma yoxdur: "Bununla bağlı qərar azalmanın hansı həcmdə olmasından asılıdır". Bununla belə, Qazaxıstan bu ilin noyabr-dekabr aylarında azalmanı öz üzərinə götürmək istəyir. Eyni zamanda rəsmi Astana hesab edir ki, “Kaşaqan” yatağında hasilat artacaq, digər yataqlarda isə sabit qalacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256