DÜNYA

V.Ələkbərov : 2019-cu ildə neft hasilatını azaltmaq barədə danışmaq hələ tezdir
12 NOYABR
100

V.Ələkbərov : 2019-cu ildə neft hasilatını azaltmaq barədə danışmaq hələ tezdir

2018-11-12 12:52:00

Fins.az-ın məlumatına görə Lukoil şirkətinin rəhbəri Vahid Ələkbərov neft hasilatının azaldılması ilə bağlı məlumata münasibət bildirərkən “OPEC+ ölkələrinin 2019-cu ildə neft hasilatını azaltması qərarı barədə danışmaq hələ tezdir.Neftin qiyməti kifayət qədər yüksəkdir”deyib. Bazar günü OPEC+ ölkələrinin Əbu Dabidə iclası keçirilib.Üzvlər 2019-cu ildə neft bazarında təhtidlərin olduğunu bildirsələr  də indiyə kimi,neft istehsalının azaldılmasını təklif etməyiblər.OPEC+ ölkələrinin təmsilçiləri bu sahədə monitorinqlərin davam etdirilərək diqqətdə saxlanılmasını təklif edib. 2019-cu ildə OPEK + ölkələrinin  neft hasilatının mümkün azalmasını necə qiymətləndirdiyi barədə suala cavab verən Lukoil neft şirkətinin prezidenti  Vahid Ələkbərov "Hesab edirəm ki, bu barədə danışmaq hələ çox tezdir, neftin qiyməti kifayət qədər yüksəkdir. OPEC+ ölkələri arasında müqavilə olduğu kimi qalmaqdadır-bu çox vacibdir. Bazarı monitorinq etmək imkanımız var. OPEK +  ölkələrinin razılaşmasını dəstəkləyirik”deyib

Müəllif:Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255