DÜNYA

Nəhəng şirkətin 19 milyon avrosunu fırıldaqçılar ələ keçirdi
12 NOYABR
106

Nəhəng şirkətin 19 milyon avrosunu fırıldaqçılar ələ keçirdi

2018-11-12 11:00:00

Fins.az-ın məlumatına görə mərkəzi ofisi Fransada yerləşən kinoteatrlar şəbəkəsi şirkəti olan “Pathe”-nin Hollandiyadakı təmsilçiliyinin saxta  elektron poçtla göndərilmiş mesaj vasitəsi ilə 19.2 milyon avro  aldadıldığı aşkarlanıb.

“Pathe”nin mərkəzi ofisindən göndərilmiş kimi görünən saxta məktubda  Hollandiyadakı ofisdən xarici ölkədən satınalma üçün təcili nağd pul lazım olduğu bildirilib.Hollandiya ofis rəsmilərindən əllərində  olan nağd pulu qısa müddətdə istəyən fırıldaqçılar yazdıqları eloktron məktubdan rəqib firməların xəbərinin olmaması üçün heç kimə bu barədə məlumat verilməməsi bildirilib..Şirkətin Hollandiya ofisinin rəsmiləri tərəfindən bu ilin mart ayında əvvəlcə 800min avro,daha sonra 2.5 milyon və 11 milyonluq iki ayrı-ayrı köçürülmə həyata keçirilib.Beləliklə “Pathe”nin Hollandiya ofisi verilən hesaba 3 həftə ərzində 19.2 milyon dollar pul göndərib.

Bir müddət sonra maliyyə çətinli ilə üz-üzə qalan şirkətin Hollandiya ofisi Parisdəki baş ofisi bu barədə xəbərdar edəndə Fransadakı rəhbərlik “Əlinizdəki pulu nə etdiniz?” sualını verib. Nəticədə Hollandiya ofisinin  saxta eloktron poçt vasitəsi ilə  aldadıldığı məlum olub. Şirkət Hollandiya ofisinin rəhbərini və mühasibi işdən azad etdiyi üçün hər iki şəxs bunu haqsızlıq hesab edərək məhkəməyə müraciət ediblər.Məhkəmə bu həftə Pathe-nin işdən çıxardığı mühasibin haqlı olması ilə bağlı qərar çıxarıb.Məhkəmə qərarını fırıldağın çox ustalıqla hazırlandığı və diqqət cəlb etməyəcək şəkildə yaxşı planlaşdırıldığı ilə əsaslandırıb.Bu səbəbdən Pathe-nin ilin sonuna qədər mühasibin maaşını ödəməsi qərarı verilib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256