DÜNYA

İran neftin qiymətini 14.18 dollar ucuzlaşdırıb
12 NOYABR
424

İran neftin qiymətini 14.18 dollar ucuzlaşdırıb

2018-11-12 10:22:00

Fins.az-ın məlumatına görə İran Neft Nazirliyi daha əvvəl 79 dollar 15 sentdən Tehran Enerji Birjasında satışa çıxartdığı neftin barelini 64 dolar 97 sentə qədər azaldıb.Neft Naizrliyindən verilən açıqlamada bu gün birjaya çıxardılan 700min barel neftin bir barelinin 64 dollar 97 sentdən satıldığı bildilir.Birjadakı neftin 245-245 və 210 min barel olmaqla 3 ayrı sifariş  ilə 3 nəfər tərəfindən alındığı barədə də məlumat verilib.

Açıqlamda həmçinin neftin qiymətinin azaldılmasında məqsədin neft ixracında özəl sektorun imkanlarından yararlanılması və neft satışındakı kanalların artırılması olduğu da vurğulanıb.

Neft Nazirliyi tərəfindən ilk dəfə 28 Sentyabrda birjada satışa çıxarılan iran neftinin 1 barelinin ən aşağı qiyməti 79 dolar 15 sent olmuşdu.

İranın bu addımla əsas hədəfi neft satışına zərə vurmaq olan ABŞ-ın sanksiyalarına qarşı ölkə daxilində neftin dəyərinin qorunub saxlanılması və nağd pul daxilolmasını stabil saxlayaraq embarqonya qarşı çıxmağı hədəflədiyi bildirilir.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256