DÜNYA

Hindistan İrandan neft idxal etmək istəyir
09 NOYABR
148

Hindistan İrandan neft idxal etmək istəyir

2018-11-09 18:32:00

Fins.az-ın "Reporta istinadən verdiyi məlumata görə "Hindistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan güzəştlər əldə etdikdən sonra İslam Respublikasından neft idxalı imkanlarını araşdırır.Bunu Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Rəviş Kumar bildirib. “ABŞ-ın Hindistanın enerji təhlükəsizliyinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və alqışlayırıq. Ölkəmiz İranın xam neftinin iri idxalçılarındandır və bu, enerji təhlükəsizliyimiz baxımından çox əhəmiyyətlidir. ABŞ-ın tətbiq etdiyi istisna halları araşdırırıq”, - o qeyd edib. XİN rəsmisi ABŞ-la əldə olunmuş, İrandan neft idxalını davam etdirməyə imkan verən razılaşmanın təfərrüatını açıqlaya bilməyəcəklərini də diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258