DÜNYA

Qazaxıstandan Rusiyaya kosmik turizmlə bağlı təklif
09 NOYABR
102

Qazaxıstandan Rusiyaya kosmik turizmlə bağlı təklif

2018-11-09 16:54:00

Fins.az-ın məlumatına görə Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib. Prezident Nursultan Nazarbayev ölkənin Petropavl şəhərində keçirilən XV Qazaxıstan-Rusiya regionlararası əməkdaşlıq forumunda çıxışı zamanı belə bir fikir səsləndirib."Turizmin inkişafı üçün böyük müştərək işlər görülsə də, bəzi məsələlər var ki, müzakirə olunmalıdır. Məsələn, turistlərin daha rahat gedib-gəlməsi üçün sərhədlərimizdəki keçid məntəqələrinin modernləşdirilməsi, turizmlə bağlı nəqliyyat-logistika infrastrukturlarının təkmilləşdirilməsi, birgə səylərimizlə Xəzərdə turizmin inkişaf etdirilməsi, kosmik turizminin bərqərar olunması v s.”, - dövlət başçısı bildirib.Qeyd edək ki, sözügedən forum “Qazaxıstan və Rusiya turizminin inkişafında yeni meyillər və yanaşmalar” adı altında təşkil olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258