DÜNYA

Rusiya şirkəti fərdi müştərilərə helikopter satacaq
08 NOYABR
105

Rusiya şirkəti fərdi müştərilərə helikopter satacaq

2018-11-08 15:11:00

Fins.az-ın məlumatına görə Rusiyanın “Rus vertalyotları” holdinqi yüngül  VRT500 helikopterlərini özəl müştərilərə satmaq imkanlarını araşdırır.Bu barədə şirkətin prezidenti Andrey Baginskiy məlumat verib. Andrey Baginskiy deyib ki, “VRT500 həm korporativ operatorlara, həm də fərdi şəxslərə satıla bilər . Biz bu seqmenti özümüz üçün müəyyənləşdirmişik " Baqinskiy qeyd edib ki, şirkət 2020-ci ildə VRT500 modelinin uçuş modelini nümayiş etdirmək niyyətindədir. Bu helikopter əsasında,  elektrikli hibrid  variantı və  ağırlığını azaltmaq üçün quyruq rotorunun hibridinin hazırlanması planlaşdırılır.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258