DÜNYA

ABŞ İranı tankerləri peyklərdən gizlətmək cəhdində ittiham edib
08 NOYABR
129

ABŞ İranı tankerləri peyklərdən gizlətmək cəhdində ittiham edib

2018-11-08 14:29:00

Fins.az "Report"a istinadən xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk jurnalistlər qarşısında çıxışında bildirib ki, İslam Respublikasının tankerləri peyk vasitəsilə onların olduğu yerləri müəyyənləşdirməyə imkan verən transponderləri (elektron müəyyənləşdirmə cihazını - red) söndürür.Təxminən 10 belə gəminin olduğunu bildirib.Huk qeyd edib ki, transponderlər gəmilərin komandalarına başqa gəmiləri görməyə, toqquşmalardan çəkinməyə və limanlarda dispetçerlərlə əlaqədə olmağa imkan verirlər.ABŞ-ın xüsusi nümayəndəsi xatırladıb ki, İran eyni taktikadan 2012-ci ildə də istifadə edib. Həmin vaxt beynəlxalq gəmiçiliyin qaydalarına zidd olaraq tankerlərin əksəriyyətində transponderlər söndürülüb. Onun sözlərinə görə, böyük miqdarda neftin olduğu tankerlərin qəzaya uğraması yalnız insanların həlak olmasına deyil, həm də ekoloji faciəyə gətirib çıxara bilər. Huk İran neftinin olduğu tankerləri qəbul etmək niyyətində olan ölkələri öz qərarlarını təkrar gözdən keçirməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258